Stokholmda “Müqavimətin Şimal Hərəkatı” neonasist təşkilatının üzvlərinin mitinqi iğtişaşlarla yekunlaşıb, 5 nəfər saxlanılıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, neonasistlərin antifaşistlərlə üz-üzə gəlməsi qarşıdurmaya səbəb olub.
İğtişaşlar zamanı bir polis əməkdaşı xəsarət alıb. Neonasistlərin mitinqinə 600-dək etirazçı qatılıb.