Neft üzrə ekspertlər yenidən bir araya gələcəklər
12 noyabr 2016 23:46 (UTC +04:00)

Neft üzrə ekspertlər yenidən bir araya gələcəklər

0

“Neft bazarının sabitləşdirilməsinə dair məsləhətləşmələr keçirmək üçün ekspertlər arasında  görüş 26-28 noyabr tarixlərində keçirilə bilər. Görüşün konkret tarixi dəqiqləşdirilir”.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

   

“Mərhələli şəkildə irəliləmək lazımdır, növbəti mərhələ 26-28 noyabr tarixlərini əhatə edəcək. OPEK-in noyabrın 30-da keçiriləcək sammiti ərəfəsində ekspertlər bütün rəqəmləri bir daha nəzərdən keçirmək üçün növbəti dəfə bir araya gələcəklər”, - deyə Novak qeyd edib.   

 

O, Rusiyanın həmin məsləhətləşmələrdə iştirak edəcəyini bildirib. Novak görüşdə qəbul ediləcək qərarlarla bağlı proqnoz verməkdən imtina edib.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 552

Oxşar yazılar