Meksika XİN-i narkobaron Xoakin Qusman Loeranın ABŞ-a ekstradisiya edildiyini təsdiqləyib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Mexiko məhkəməsi Qusmanın apelyasiya şikayətini rədd etdikdən sonra o, Baş Prokurorluğun sərəncamına verilib.
“Bəstəboy” ləqəbli narkobaron elə həmin gün ABŞ-ın müvafiq qurumlarının əməkdaşlarına təhvil verilib.