Mustafa Cəmilov Ukraynada tatar batalyonu yaratmaq istəyir
13 noyabr 2014 23:39 (UTC +04:00)

Mustafa Cəmilov Ukraynada tatar batalyonu yaratmaq istəyir

Krım-Tatar xalqının məsələləri üzrə müvəkkil, “Pyotr Poroşenkonun bloku”ndan deputatlığa namizəd Mustafa Cəmilov Ukrayna prezidenti Pyotr Poroşenko ilə ölkənin cənub istiqamətində  Krım-Tatar batalyonunun yaradılmasının mümkünlüyünü müzakirə edib. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə prezident partiyasının mətbuat xidməti məlumat yayıb.  

 

“Biz prezidentlə cənub istiqamətdə Krım-Tatar  hərbi birləşməsinin yaradılması məsələsini müzakirə etdik, çünki Herson vilayətində çox təhlükəli vəziyyət yaranıb. Bu məsələ hələlik müzakirə mərhələsindədir”, deyə Cəmilov bildirib.

 

Cəmilov əlavə edib ki, hazırda Ukraynanın şərqindəki xüsusi əməliyyatlarda müxtəlif batalyonların tərkibində  450-dək tatar vuruşur.     

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 476
avatar

Oxşar yazılar