Mübariz Mənsimovdan ermənilərə mesaj
27 noyabr 2013 11:01 (UTC +04:00)

Mübariz Mənsimovdan ermənilərə mesaj

“Türkiyə prezidenti Abdullah Gülün Azərbaycan prezidenti İlham Əliyevin şərəfinə verdiyi ziyafətdə mən də var idim. Bir azəri türkü olaraq çox xoşbəxtəm. Bu gün artıq bu iki dövlətin yalnız şüarlarla deyil, həqiqətən bir millət olduğunu görürük”. Lent.az-ın məlumatına görə, bunu “Milliyet” qəzetinə müsahibəsində “Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov deyib.

 

Azərbaycanlı iş adamı bildirib ki, son 3 ildə ölkəmizdən Türkiyəyə 17 milyard dollar sərmayə qoyulub: “Bilirsiniz ki, prezident İlham Əliyevin siyasəti çox şəffafdır. İstəyir ki, türkiyəli iş adamları da Azərbaycandakı layihələrə sərmayə qoysunlar. Eynilə azərbaycanlı iş adamları Türkiyədə biznes qursunlar”.

 

Mənsimov Qarabağ münaqişəsinə də toxunaraq bildirib ki, Türkiyənin Ermənistanla sərhədlərini asanlıqla açacağına inanmır: “O sərhədi türk xalqı qapatdı. Baş nazir Rəcəb Tayyib Ərdoğan da “Qarabağ problemi çözülməsə, o sərhəd açıla bilməz” deyib. Təbii ki, Qarabağ münaqişəsi həll edilsə, sərhəd açılmalıdır, niyə də yox?”

 

Hərbçi ailəsindən olduğunu xatırladan həmyerlimiz ermənilərə mesaj da göndərib: “Özüm hərbçi ailəsindən olsam da, bir şeyi bilirəm ki, heç bir savaşdan heç kim xeyir görə bilməz. Azərbaycan torpaqlarını qaytarmaları hər şeydən əvvəl ermənilər üçün yaxşı olar. Ermənistanın Azərbaycanla, Türkiyə ilə ticarət əlaqələri inkişaf edər. Fağır durumdakı Ermənistan daha xoşbəxt həyat yaşayar. Bir lobbi izn vermir ki, bu iş dostluqla, anlaşma ilə bitsin. Düşmənlik, kin yaxşı şey deyil”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2676
avatar

Oxşar yazılar

Dünyanın ən böyük  çiyələyi

Dünyanın ən böyük çiyələyi

27 iyul 2024 , 12:50
MDB ölkələrindən birində terror törətmək  istəyən tutuldu

MDB ölkələrindən birində terror törətmək istəyən tutuldu

27 iyul 2024 , 10:20
Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42