Mosulun sıx məskunlaşmış rayonları yaxınlığında hərbi əməliyyatlar güclənir, lakin əhalinin kütləvi şəkildə köçməsi halları hələlik müşahidə olunmur.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu BMT-nin humanitar məsələlərinin koordinasiyası idarəsinin mətbuat katibi Yens Lerke.
“Mosulun azad edilməsi əməliyyatının ilk 36 saatının nəticəsinə əsasən, döyüşlər seyrək məskunlaşmış rayonlarda keçirilir və əhalinin kütləvi şəkildə köçməsinə səbəb olmur. Mülki əhalinin qorunması məsələsində ciddi narahatlıqlar qalmaqdadır, çünki sıx məskunlaşmış məntəqələr və şəhər rayonları yaxınlığında döyüşlər güclənməkdədir”, - deyə o qeyd edib.