Moldova prezidenti istefaya getməyəcəyini bəyan etdi
10 iyun 2019 16:01 (UTC +04:00)

Moldova prezidenti istefaya getməyəcəyini bəyan etdi

Moldova prezidenti İqor Dodon istefaya getməyəcək.
 
APA-nın xəbərinə görə, bu barədə İ.Dodon parlamentdə keçirilən brifinq zamanı bəyan edib.
 
“Demokratlar Partiyası hakimiyyəti sülh yolu ilə əldən vermək istəmir, baxmayaraq ki, parlament çoxluğu və hökumət bizim tərəfdaşlarımız, həmçinin Avropa İttifaqı, ABŞ və Rusiya tərəfindən tanınıb. Sabiq hakimiyyətin əsas məqsədi parlament tərəfindən qəbul edilən qanunları imzalayan prezidenti aradan qaldırmaqdır. Prezident olmayacağı təqdirdə, bu qanunlara imzanı baş nazir səlahiyyətlərini icra edən Pavel Filip atacaq”, - deyə İqor Dodon bildirib. 
 
Onun sözlərinə görə, rəqibləri 3 ssenari üzərində işləyir: “Birinci variant – məni həbs etmək cəhdləri. Bunu Baş Prokurorluqda mənə qarşı ifadə verənlər edir. Amma burada bir problem var – prezidentin toxunulmazlığını parlament səslərin üçdə ikisi ilə ləğv edə bilər”.
 
O bildirib ki, ikinci ssenari prezidenti istefaya məcbur etmək üçün ailəsinə qarşı hədə-qorxunun tətbiq edilməsidir. “Üçüncü variant isə mənə qarşı sui-qəsddir. Kimlərlə iş gördüyümü bildiyimə görə bu variantı da nəzərə alıram. Lakin biz təslim olmayacağıq və sona kimi gedəcəyik”, - deyə İ.Dodon vurğulayıb. 
 
Qeyd edək ki, şənbə günü Rusiya yönümlü Sosialist Partiyası və Avropa yönümlü ACUM bloku parlament çoxluğunu formalaşdırıb və 3 aydan sonra yeni hökumətin qurulduğu elan edilib. Ancaq Konstitusiya Məhkəməsi parlamentin bu qərarını qanunsuz elan edib. Parlament isə Demokrat Partiyasının məhkəmə yolu ilə hakimiyyəti mənimsəməyə cəhd etdiyini bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 644
avatar

Oxşar yazılar