Mixail Qusmana İtaliyanın ordeni verildi
25 sentyabr 2017 22:25 (UTC +04:00)

Mixail Qusmana İtaliyanın ordeni verildi

İtaliyanın Moskvadakı səfiri Çezare Mariya Raqalyini TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmana İtaliya Respublikası qarşısında xidmətlərinə görə birinci dərəcəli “Kavaler” ordenini təqdim edib.

 

Lent.az-ın xəbərinə görə, bu barədə TASS Agentliyi məlumat yayıb. “Mixail Qusman müstəsna dərəcədə peşəkar, öz vətənində və xaricdə ən tanınmış fiqurdur. O, həmçinin çoxsaylı dünya rekordlarının sahibidir, çünki dövlət başçılarından onun qədər çox müsahibə alan olmayıb, - deyə səfir bildirib. - Bu andan etibarən M.Qusmanın nailiyyətlərinə Respublikanın Kavaleri adı əlavə edilir”.

 

Diplomat xatırladıb ki, M.Qusman İtaliyanın sabiq Baş naziri Matteo Rentsi və hazırkı Prezident Serco Mattarelludan iki dəfə müsahibə alıb. “Bu cür müsahibələrlə TASS-ın baş direktorunun birinci müavini çox mühüm işə - rusiyalıları İtaliya və bizim siyasi liderlərimizlə tanış etmək işinə öz töhfəsini verib”, - deyə səfir qeyd edib. Raqalyini belə dəyərli əməkdaşlığa görə M.Qusmana təşəkkür edib və bu əməkdaşlığın daha məhsuldar olacağına ümidvar olduğunu bildirib.

 

Mixail Qusman İtaliya hökumətinə və səfirinə təşəkkür edərək deyib: “Bu cür yüksək qiymətə görə mən təşəkkürümü İtaliya hökumətinə ünvanlamaq istərdim. Çox sağ olun, cənab səfir. Bilirəm ki, mənim bu cür yüksək mükafatla təltif olunmağım üçün Prezidentə müraciət etmək Sizin təşəbbüsünüz olub. Onu doğrultmaq üçün bundan sonra da əlimdən gələni edəcəyəm”.

 

O, həmçinin vurğulayıb ki, Rusiya və İtaliya xalqlarını bir çox cəhətlər, o cümlədən mədəniyyət və tarix birləşdirir. M.Qusman qeyd edib ki, onun işlədiyi TASS Agentliyi artıq neçə onilliklərdir İtaliya barədə rusiyalılara operativ, düzgün və ədalətli məlumat çatdırmağa çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 219
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35