Misirdə spirtli içkilərin satışı yasaqlanır
14 fevral 2013 23:50 (UTC +04:00)

Misirdə spirtli içkilərin satışı yasaqlanır

Misirdə hakimiyyət olan islamçılar ölkədə spirtli içkilərin satışını qadağan etmək niyyətindədir.

Lent.az-ın «rbk»-ya istinadən məlumatına görə, şəhər idarəetmə icmasının qərarına əsasən, alkoqollu içkilərin satışı ilə bağlı dükanlara verilən köhnə lisenziyaların müddəti uzadılmayacaq, yeniləri isə verilməyəcək.

Qurum başçısının müavini Nabil Abbas spirtli içkiləri satan mağazaların «cəmiyyətdə yaramazlıq» yaydıqlarını söyləyib: «Biz dükanların sərxoşluğu yaymasına icazə verə bilmərik».

Yeni hakimiyyət bu qanunun tətbiqinə ilk növbədə Qahirə və İgəndəriyyədə başlayacaqlar.

Bir müddət öncə hakimiyyət müqəddəs Ramazan və dini bayram günlərində alkoqollu içkilərin satışını, istifadəsini qadağan edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 714
avatar

Oxşar yazılar