Misirdə Rusiyanın “Airbus A321”-ni partladanlar məhv edildi
05 avqust 2016 04:45 (UTC +04:00)

Misirdə Rusiyanın “Airbus A321”-ni partladanlar məhv edildi

Misir hərbçiləri Rusiyaya məxsus  “Airbus A321” partladılmasında şübhəli bilinən “Ənsər Beyt Əl-Məqdis” terror qruplaşmasının liderini məhv ediblər.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Misirin Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.

 

Məlumata görə, Şimali Sinay yarımadası ərazisində qruplaşma lideri ilə birlikdə 45 silahlı məhv edilib.  

 

Qeyd edək ki, 2015-ci ilin oktyabrında Rusiyanın “Koqalımavia” aviaşirkətinə məxsus “Airbus A321” sərnişin təyyarəsi terror aktı nəticəsində Sinay üzərində partladılıb. Nəticədə 217 sərnişin və 7 ekipaj üzvü həlak olub.

 

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennan Konqresdə çıxışı zamanı bildirib ki, təyyarənin partladılmasında İŞİD-ə əlbir  “Ənsər Beyt Əl-Məqdis” terror qruplaşmasının əlaqəli olmasına dair məlumatlar əldə olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 291
avatar

Oxşar yazılar