ABŞ Senatının komitəsi ticarət naziri vəzifəsinə Uilbur Rossun namizədliyini təsdiqləyib.
APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, növbəti mərhələdə onun namizədliyi Senat tərəfindən təsdiqlənməlidir.
Bundan əvvəl milyarder Uilbur Ross namizədliyinin təsdiqlənəcəyi təqdirdə sərmayə biznesindəki payını satacağını bildirmişdi.