Milli valyutanın ucuzlaşması çörəyi bahalaşdıra bilər
Gürcüstanda çörəyin qiymətinin artacağı gözlənilir. APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan Taxıl İstehsalçıları Assosiasiyasının icraçı direktoru Levan Silaqava Gürcüstan milli valyutasının dollar qarşısında ucuzlaşması səbəbi ilə bahalaşmanın qaçılmaz olduğunu bildirib. O qeyd edib ki, əvvəlki qiymətlər 1 ABŞ dollarının məzənnəsinin 2,75 lari təşkil etdiyi şərtlər daxilində müəyyənləşdirilib.
“Hazırda isə 1 dollar 3 lariyə bərabərdir və un kisəsinin qiymətində lari ilə artım olacaq. Bu, çörəyin qiymətinə təsir edəcək”, - L. Silaqava bildirib.
783