ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Devid Petreus məxfi məlumatları sevgilisinə ötürdüyünə görə iki il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib. APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, məhkəmə həmçinin Petreusa 100 min dollar məbləğində cərimə ödəməsi barədə qərar verib.
MKİ-nin sabiq rəhbəri məxfi məlumatları yaxın münasibətdə olduğu “New York Times” nəşrinin jurnalisti Paula Broudelə ötürdüyünü etiraf edib.
Qeyd edək ki, general Petreusun Broudel ilə münasibətləri ictimaiyyətə bəlli olduqdan sonra o, 2012-ci ildə vəzifəsindən istefa verib.
General Devid Petreus Əfqanıstanda və İraqda ABŞ qüvvələrinə komandanlıq edib, 2011-ci ildə isə Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri təyin olunub.