“Rusiya ABŞ-ın strateji düşməni olmağı qərara alıb”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun rəhbəri Ceyms Mettis bildirib.
“Biz həmişə Rusiya ilə mümkün olan sahələrdə əməkdaşlıq etmək istəmişik. Təəssüf ki, onlar ABŞ-ın strateji düşməni olmağı qərara alıblar. Böyük Britaniya, Ukrayna, Krımda baş verənlər buna təsdiqdir. Siyahını davam etdirmək də olar”, - deyə C.Mettis qeyd edib.
Onun sözlərinə görə, ABŞ əvvəlki kimi Rusiya ilə dialoqa açıqdır: “Biz stabillik və sülh istəyirik. Bununla belə, biz demokratik təsisatlarımızı da qorumaqda davam edəcəyik”, - deyə Pentaqon rəhbəri qeyd edib.