Menyuda fil və aslan var
19 fevral 2015 03:46 (UTC +04:00)

Menyuda fil və aslan var

Zimbabve prezidenti Robert Muqabe 91 yaşını qeyd etməyə hazırlaşır.

 

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, R.Muqabenin ad günü menyusunda aslan və fil ətinin olması hər kəsi təəccübləndirib.

 

Zimbabve liderinin ad günündə qeyri-adi yeməklərin verilməsi üçün onlarla fil və aslan ovlanıb. Bu heyvanların doğum günü tədbiri zamanı servis edilməsi heyvan haqları müdafiəçilərinin kəskin reaksiyasına səbəb olub. Zimbabvenin vəhşi həyatı qoruma dərnəyi bu hadisənin əxlaqa uyğun olmadığını açıqlayıb. 20 min nəfərin iştirak etdiyi bu əyləncə üçün 120 min dollar xərcləndiyi deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 195
avatar

Oxşar yazılar