<b>Məktəblərə təşkil olunmuş ən dəhşətli hücumlar </b><span style="color:red;"> SİYAHI
17 dekabr 2014 11:05 (UTC +04:00)

Məktəblərə təşkil olunmuş ən dəhşətli hücumlar SİYAHI

Dünən Pakistanın Peşavar əyalətindəki məktəbdə Pakistan Talibanın törətdiyi qətliam ən dəhşətli məktəb faciələrindən biri kimi tarixə düşüb. Hadisə nəticəsində 132 nəfər azyaşlı olmaqla, 142 nəfər ölüb.

 

Ən çox insan itkisi 2004-cü ildə çeçen silahlılarının Rusiyada, Şimali Osetiyanın Beslan qəsəbəsindəki məktəbə hücumu zamanı baş verib.

 

Lent.az dünyanın müxtəlif bölgələrində məktəblərə təşkil olunmuş ən dəhşətli hücumların siyahısını təqdim edir.

 

18 may 1927-ci il: ABŞ-ın Miçiqan şəhərində Andrev Kehoenin məktəbə təşkil etdiyi hücum nəticəsində 45 nəfər ölüb, 58 nəfər yaralanıb.

 

11 iyun 1964-cü il: ABŞ-ın Minnesota əyalətində Valter Seyfert məktəbin həyətində oynayan qız uşaqlarına atəş açıb. Daha sonra 42 yaşlı Valter Seyfert məktəbdəki sinif otaqlarından birinin qapı və pəncərələrini bağlayaraq od vurub. Hadisə zaman 8 nəfər şagird, 2 nəfər müəllim həyatını itirib.

 

13 mart 1966-cı il: Tomas Vatt Hamilton Şotlandiyada əksəriyyəti uşaq olmaqla 18 nəfəri öldürüb.

 

26 aprel 2002-ci il: Almaniyanda ilk dəfə məktəbə hücum məhz bu tarixdə baş verib. 19 yaşlı Robert Steynhaeuser oxuduğu Qutenberq liseyində 14 nəfər müəllim, 2 nəfər şagird və 1 nəfəri qətlə yetirib. Steynhaeuser qətliamı törətdikdən sonra intihar edib.

 

1-3 sentyabr 2004-cü il: Bir qrup çeçen silahlı Rusiyada, Şimali Osetiyanın Beslan qəsəbəsindəki məktəbdə 1000 nəfəri girov götürüb. Hadisənin üçüncü günündə Rusiya təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində 180 nəfəri azyaşlı olmaqla, 330 insan ölüb. Terrorçular və təhlükəsizlik qüvvələrinin verdiyi itkilərlə birlikdə ölənlərin sayı 385 nəfər, yaralananların sayı isə 700 nəfərə çatıb.

 

22 mart 2005-ci il: ABŞ-ın Minnesota əyalətində yaşayan 16 yaşlı Ceffrey Veyse babasını və onun dostunu öldürdükdən sonra Red Lake Liseyinə hücum edib. 10 dəqiqə davam edən hücum zamanı bir nəfər müəllim, bir nəfər mühafizəçi və 5 nəfər şagird qətlə yetirilib. Hadisədən sonra Ceffrey Veyse intihar edib.

 

16 aprel 2007-ci il: ABŞ-da, Virciniya Tech universitetində ölkənin ən qanlı məktəb hücumlarından biri baş verib. 32 nəfər ölüb, 29 nəfər yaralanıb.

 

23 sentyabr 2008-ci il: Finlandiyanın qərbində Kauhayoki qəsəbəsində peşə məktəbinə təşkil olunmuş hücum zamanı, məktəbin şagirdi Matti Yuhani Saari 10 nəfər şagirdi qətlə yetirib, çoxlu sayda insanı yaralayıb. Təxminən 1 saatdan çox ətrafa güllə yağdıran Matti Yuhani Saari daha sonra başına atəş açaraq özünü öldürüb.

 

11 mart 2009-cu il: Almaniyanın şimalındakı Vinnenden şəhərində Tim Kretşhmerin məzunu olduğu Albertville məktəbinə təşkil etdiyi hücum nəticəsində 16 nəfəri ölüb, 11 nəfər yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 214
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35