Meksikanın şərqində “Erl” tropik qasırğasının yaratdığı sel və torpaq sürüşməsi nəticəsində 38 nəfər ölüb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Puebla ştatında 15-i uşaq olmaqla 28 nəfər təbii fəlakətin qurbanı olub.
Verakrus ştatında 10 nəfərin öldüyü bildirilir.
Meksikanın dörd ştatında on minlərlə insan elektrik enerjisiz qalıb.