Məhkəmədən Telman İsmayılovun şirkəti ilə bağlı QADAĞA
21 yanvar 2018 12:54 (UTC +04:00)

Məhkəmədən Telman İsmayılovun şirkəti ilə bağlı QADAĞA

Moskva Arbitraj Məhkəməsi Rusiya reyestr xidmətinə əvvəllər “Tropikano” biznes-klubu” şirkətinə məxsus olmuş bina ilə bağlı hər hansı qeydiyyat işlərinin aparılmasını qadağan edib. Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bu şirkət Telman İsmayılovun AST şirkətlər qrupuna daxildir.

 

Bununla da, məhkəmə İsmayılovun şirkətinin müflisləşməsi ilə əlaqədar “Tropikano biznes-klubu” şirkətinin müsabiqə idarəedicisi Yevgeni Pimenovun müvafiq ərizəsini təmin edib. Məhkəmə həmçinin “Yeni idarəetmə texnologiyaları” səhmdar cəmiyyətinə sahəsi 6 min kvadrat metrdən artıq olan biznes-mərkəzin binası üzrə istənilən hərəkəti qadağan edib.

 

Müsabiqə idarəedicisinin nümayəndəsi məhkəmədə bildirib ki, borcluya məxsus olan bina 2013-cü ildə “Yeni idarəetmə texnologiyaları” səhmdar cəmiyyətinin nəzarəti altında olan investisiya fondunda paya dəyişdirilib. Bu sövdələşmə özü də hazırda məhkəmədə mübahisə obyektidir, belə ki, iddiaçının fikrincə, bu zaman hüquqlardan sui-istifadə olunub və həmin sövdələşmə aktivlərin çıxarılması məqsədini daşıyıb. İddiaçının sözlərinə görə, hazırda borclunun nə 1 milyard rubl dəyəri olan binası, nə də investisiya fondunda payı yoxdur.

 

Qeyd edək ki, “Tropikano biznes-klubu” şirkətinin müflisləşməsi ilə bağlı işin təşəbbüskarı VTB qrupuna daxil olan “BM-Bank”dır. Borclunun bank qarşısında 19,2 milyard rublluq öhdəliyi var ki, bunun da 10,5 milyard rublu əsas borc məbləğidir.

# 106
avatar

Oxşar yazılar

Türkiyədə MOSSAD-ın 7 casusu tutuldu

Türkiyədə MOSSAD-ın 7 casusu tutuldu

5 mart 2024 , 14:57
Təyyarə magistral yola düşdü, ölənlər var

Təyyarə magistral yola düşdü, ölənlər var

5 mart 2024 , 09:18
Dəhşətli qəza: Yolu keçən 5 nəfəri maşın vuraraq öldürdü

Dəhşətli qəza: Yolu keçən 5 nəfəri maşın vuraraq öldürdü

5 mart 2024 , 05:46
Kənddə güclü yanğın: uşaqlar diri-diri yandı

Kənddə güclü yanğın: uşaqlar diri-diri yandı

5 mart 2024 , 05:20
Yük və minik maşınları toqquşdu, ölənlər var

Yük və minik maşınları toqquşdu, ölənlər var

5 mart 2024 , 04:45
Həbsxanadan kütləvi qaçış: 10 ÖLÜ

Həbsxanadan kütləvi qaçış: 10 ÖLÜ

4 mart 2024 , 04:33
Fevral 63 ilin ən isti ayı oldu - REKORD

Fevral 63 ilin ən isti ayı oldu - REKORD

3 mart 2024 , 07:26
Gənc oğlan 9-cu mərtəbədən yıxılqaraq öldü

Gənc oğlan 9-cu mərtəbədən yıxılqaraq öldü

3 mart 2024 , 06:55