Məhkəmə Taksimdəki tikintini dayandırıb
31 may 2013 23:31 (UTC +04:00)

Məhkəmə Taksimdəki tikintini dayandırıb

Türkiyə İnzibati Məhkəməsi şəhərinin Taksim parkında ticarət mərkəzinin ucaldılması layihəsinin həyata keçirilməsinin dayandırılmasına dair qərar qəbul edib.

 

APA-nın "Haberler"ə istinadən verdiyi xəbərə görə, məhkəmənin qərarı hakimlərin səs çoxluğu ilə qəbul olunub.

 

İctimaiyyətin sərt narazılığına baxmayaraq, hökumət şəhərsalma planlarından geri çəkilmək niyyətində deyil.  Türkiyənin baş naziri R.T.Ərdoğan son hadisələri şərh edərkən bəyan edib ki, qərar hökumət səviyyəsində artıq qəbul olunub və o həyata keçiriləcək.  

 

Qeyd edək ki,  İstanbulda  Taksim parkında nəhəng ticarət mərkəzinin ucaldılmasına qarşı çıxış edənlər və polis arasında baş vermiş toqquşma nəticəsində 7 nəfər xəsarət alıb. “CNN Türk”ün məlumatına görə, bu barədə açıqlamasında Türkiyə daxili işlər naziri Müəmmər Gülər qeyd edib. Onun sözlərinə görə, ölən və ya ağır yaralananlar barədə məlumat daxil olmayıb.

 

 

Qeyd edək ki, İstanbulda artıq dörd gündür polis və Taksim parkında nəhəng ticarət mərkəzinin ucaldılmasına qarşı keçirilən aksiya iştirakçıları arasında qarşıdurma davam edir.


 

Aksiyanı dağıtmaq üçün polis su şırnağı və gözyaşardıcı qazdan istifadə edib. Aksiya iştirakçıları traktorları dayandırmaq məqsədi ilə alışdırıcı maye ilə doldurulmuş şüşə qabları, daş və başqa əşyalardan istifadə edib. Tikinti texnikası sultan Səlim dövründən qalan qədim tikililəri uçurmaq məqsədi ilə gətirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 852

Oxşar yazılar