Rusiya Avropa İttifaqının sanksiyaların müddətinin uzadılması qərarına cavab tədbirlər hazırlayacaq.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, baş nazir Dmitri Medvedev məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə bağlı göstəriş verib.
D. Medvedev bildirib ki, məsələ ilə əlaqədar Rusiya prezidentinə müraciət edəcək.
Məhdudlaşdırıcı tədbirlər bir sıra məhsulları və xarici ticarət anlaşmaları obyektləri əhatə edəcək.