Mançester terrorçusunun kiçik qardaşı tutuldu
24 may 2017 20:40 (UTC +04:00)

Mançester terrorçusunun kiçik qardaşı tutuldu

0

Tripolidə İngiltərənin Mançester şəhərində terror aktı törədən Salman Abedinin kiçik qardaşı həbs edilib.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, 1997-ci il təvəllüdlü Həşim Abedi mayın 23-də tutulub. Onun İŞİD terror qruplaşması ilə əlaqəli olduğu bildirilir.

 

Bundan əvvəl Mançesterdə terrorçu-kamikadzenin daha bir qardaşı İsmayıl Abedi saxlanılıb. Onun həbsini Tripolidə yaşayan qardaşların atası Ramadan Abedi təsdiqləyib.

 

Qeyd edək ki, mayın 23-də Mançesterdə törədilən partlayış nəticəsində 22 nəfər ölüb, 120 nəfər yaralanıb. Terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 292

Oxşar yazılar