Makkeyn Trampın fərmanını pıslədi
25 yanvar 2017 02:35 (UTC +04:00)

Makkeyn Trampın fərmanını pıslədi

Prezident Donald Trampın ABŞ-ın Trans-Sakit Okean Tərəfdaşlığı sazişindən çıxmasına dair qərarı Aamerikanın maraqlarına cavab vermir və Çinin iqtisadi gücünün daha da artmasına gətirib çıxaracaq.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu respublikaçı-senator

Con Makkeyn bildirib.  

 

Qeyd edək ki, D.Tramp müvafiq fərmanı yanvarın 23-də imzalayıb.

 

“Mən Asiya ölkələrinin liderləri ilə danışmışam, onların hamısı hesab edir ki, bu qərar Çin üçün yolları açacaq. Mənim fikrimcə, bu ABŞ üçün yaxşı deyil”, - deyə Makkeyn qeyd edib.  

 

Onun sözlərinə görə, ABŞ bu qərarla geriyə addım atmış olub, çünki, dünya iqtisadiyyatının 60 faizi məhz  Asiya-Sakit Okean bölgəsində cəmləşib.

 

“ABŞ-ın Trans-Sakit Okean Tərəfdaşlığından çıxmaq qərarı məhvedicidir, bu Çinin iqtisadi üstünlük əldə etməsinə gətirib çıxaracaq”, - deyə Makkeyn qeyd edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 185
avatar

Oxşar yazılar