Makedoniyanın paytaxtı Skopye şəhərində yağan güclü yağış və baş verən daşqın nəticəsində 21 nəfər ölüb.
APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, daha 6 nəfər itkin düşmüş hesab edilir.
Təbii fəlakətlə əlaqədar ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Qeyd edək ki, ötən gün daşqınlar nəticəsində 15 nəfərin öldüyü bildirilirdi.