[b]360 nəfər bağırsaq infeksiyası ilə xəstəxanalıq oldu [/b]- Mahaçqalada
31 oktyabr 2016 00:04 (UTC +04:00)

[b]360 nəfər bağırsaq infeksiyası ilə xəstəxanalıq oldu [/b]- Mahaçqalada

0

Mahaçqalada  bağırsaq infeksiyası ilə xəstəxanaya yerləşdirilənlərin sayı 360-a çatıb, onlardan 265-i uşaqlardı.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Səhiyyə Nazirliyindən bildirilib.

 

Məlumata görə, xəstələrə lazımi tibbi yardım göstərilir, onların həyatlarına təhlükə yoxdur. 

 

İlkin versiyaya  əsasən, zəhərlənməyə içməli su səbəb olub. Hadisənin sakinlərin istifadə etdiyi içməli suyun yağış sularına qarışması nəticəsində baş verdiyi ehtimal olunur.

 

Hadisə ilə əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 455

Oxşar yazılar