Braziliyada dini mərasimlər üçün istifadə edilən mağaranın uçması nəticəsində azı 10 nəfər ölüb, 4 nəfər isə ağır xəsarət alıb. Faciə Santa-Mariya-du-Tokantins şəhəri yaxınlığında baş verib.
APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, faciə baş verdiyi an mağarada 50-dək dindar olub.
Məlumata görə, ölənlərin meyitləri və xəsarət alan şəxslər artıq dağıntılar altından çıxarılıb. Yaralılar xəstəxanalara yerləşdiriliblər.