Maduro Milli Müdafiə Şurasının iclasını çağırdı
26 oktyabr 2016 07:44 (UTC +04:00)

Maduro Milli Müdafiə Şurasının iclasını çağırdı

Venesuela prezidenti Nikolas Maduro ölkədəki vəziyyəti müzakirə etmək üçün  Milli Müdafiə Şurasının iclasını çağırıb.

 

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, Venesuelanın konstitusiyasına əsasən  Milli Müdafiə Şurasında hakimiyyətin bütün qollarının rəhbərləri, güc nazirliklərin rəhbərləri və XİN rəhbəri təmsil olunub. Şura ölkənin suverenliyi və ya ərazi bütövlüyünə təhlükə yaranacağı təqdirdə toplanır.   

 

Qeyd edək ki, Venesuela parlamenti ötən gün Maduronun impiçmenti prosedurunun başlanmasını dəstəkləyib.

 

Venesuela Milli Müdafiə Şurasının iclası oktyabrın 26-sı yerli vaxtla səhər saat 11.00-a təyin edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 424
avatar

Oxşar yazılar