
Leysan yağışlar 3 nəfərin ölümünə səbəb oldu - İtaliyada
İtaliyada iki həftə davam edən anomal yüksək temperaturdan sonra leysan yağışlar yağıb.
APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, şənbə günündən başlayaraq İtaliyanın şimal və mərkəzi rayonlarına güclü küləklə müşayiət olunan leysan yağışlar yağır.
Nəticədə bir çox çaylar məcrasından çıxıb, evlərə və digər sosial obyektlərə ziyan dəyib. Əlverişsiz hava şəraiti 3 nəfərin ölümünə səbəb olub. Toskana əyalətində 72 yaşlı kişi sel sularının qurbanı olub. Boltsano əyalətində isə ildırım vurması nəticəsində dağda yürüşdə iştirak edən norveçli idmançı qadın ölüb. Foçen qəsəbəsində isə 27 yaşlı qadın əlverişsiz hava şəraitinin qurbanı olub. Qəsəbədə 20 binaya ciddi ziyan dəyib.
Oxşar yazılar

Vertolyotdan qızılgül ləçəyi və pul səpələdilər
2 iyul 2025 , 05:13Qəddar edamlar və dəhşətli işgəncələr: HƏMAS Qəzzada müxalifəti necə məhv edir?
1 iyul 2025 , 19:59“Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktoru Ukraynada “arzuolunmaz şəxs” elan ediliblər
1 iyul 2025 , 19:26
Kim Çen Ina bənzərindən MESAJ: Özünü öldür və məni lider et
1 iyul 2025 , 19:20
Bu ölkədə qadınlar məcburi hərbi xidmətə cəlb olunacaq
1 iyul 2025 , 17:28
"II Qaregini Patriarxatlığı tərk etsin" - Paşinyan
1 iyul 2025 , 12:17
Hindistanda kimyəvi zavadda partlayış: 34 ölən var
1 iyul 2025 , 07:58