Lavrov və Zərif Moskvada görüşür
Moskvada Rusiya və İran Xarici İşlər nazirləri Sergey Lavrov və Məhəmməd Cavad Zərif arasında görüş keçirilir.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN-in Qəbullar Evində keçirilən görüşdə iki ölkə arasında münasibətlər, İranın nüvə probləmi ətrafında yaranan vəziyyət və Suriya münaqişəsi müzakirə olunacaq.
Görüşün protokol hissəsində çıxış edən Sergey Lavrov iranlı həmkarını Moskvada görməkdən məmnun olduğunu söyləyib. O, bugünki görüşdə Rusiya-İran ikitərəfli münasibətlərini ətrafı müzakirə edəcəklərini söyləyib: "Bundan başqa, İranın nüvə problemi ətrafında yaranan vəziyyəti, o cümlədən regional problemləri, Suriya münaqişəsinin həlli ilə bağlı İranla birgə əməkdaşlığmız ətrafında fikir mübadiləsi aparacağıq".
İran XİN başçısı isə çıxışında dəvətə görə rusiyalı həmkarına təşəkkürünü bildirib. O, bir müddət öncə Fransada səfərdə olduğunu, orada İranın nüvə problemi ətrafında yaranan vəziyyətlə bağlı apardığı danışıqlar haqqında məlumat verib. C.Zərif bu gün S.Lavrova ikitərəfli münasibətləri, Suriya, Əfqanıstan və digər regional məsələləri müzakirə etmək üçün yaxşı imkan olduğunu qeyd edib.
Görüş mətbuatın iştirakı olmadan davam etdirilib.
Qeyd edək ki, Rusiya və İran XİN başçıları görüşün yekunlarına dair birgə mətbuat konfransı keçiriəcəklər.
717