Lavrov Türkiyəyə gedir
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edəcək. Lent.az-ın məlumatına görə, bu barədə Trend-ə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.
Məlumata əsasən, S.Lavrovun səfəri martın 18-də baş tutacaq.
Rusiyalı nazir səfəri zamanı türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək.
Görüş Antalyada Türkiyə-Rusiya Strateji Planlaşdırma Qrupunun birgə müşavirəsi çərçivəsində keçiriləcək.
831