Moskva Suriyada “S-300” zenit-raket komplekslərini Rusiya hərbçilərinin etibarlı müdafiəsini təmin etmək məqsədi ilə yerləşdirib.
APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu XİN rəhbəri Sergey Lavrov deyib.
“Biz davam edən gərgin vəziyyətdə hərbçilərimizin, Hərbi-Kosmik Qüvvələrimizin, Tartus limanındakı maddi-texniki təminat məntəqəmizin etibarlı təhlükəsizliyini təmin etməliyik”, - deyə Lavrov qeyd edib.
“Təkrar edirəm: “S-300” və “S-400” kompleksləri sırf müdafiə silahlarıdır. Onlar heç kimə təhlükə yaratmır”, - deyə o əlavə edib.