Lozanna keçirilən çoxtərəfli danışıqların iştirakçıları bir neçə maraqlı ideya müzakirə ediblər və yaxın zamanda təmasların davam etdirilməsinə dair razılığa gəliblər.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov deyib.
“Vəziyyətə təsir edə biləcək kifayət qədər nüfuzlu ölkələrin nümayəndələrinin iştirakı ilə bir neçə ideya müzakirə edilib. Nizamlanmanın irəliləməsinə kömək edə biləcək sazişlərin əldə olunması üçün tezliklə təmasların davam etdirilməsinə dair razılığa gəlinib”, - deyə Lavrov bildirib.