KXDR raketlərində yüksək dəqiqliyə nail oldu
16 sentyabr 2016 06:26 (UTC +04:00)

KXDR raketlərində yüksək dəqiqliyə nail oldu

0

Şimali Koreya 1,3 min kilometrədək məsafəyə uçan ballistik raketlərində yüksək hədəfi vurma dəqiqliyinə nail olub.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  bu barədə “Renhap” agentliyinə məlumatlı hərbi mənbə bildirib.

 

Məlumata görə, KXDR-in sentyabrın 5-də buraxdığı üç raketin hamısı min kilometrdən çox məsafəni qət edib və Yaponiyanın havadan müdafiə zonasına çataraq, 1 km radiusunda dənizə düşüb.  

 

“Bu cür raketlər nüvə, yaxud biokimyəvi başlıqlarla təchiz olunarsa, bunun hansı fəsadlarla nəticələnəcəyini təsəvvür etmək çətindir”, - deyə mənbə bildirib.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 386

Oxşar yazılar