KXDR qitələrarası raket mühərrikini sınaqdan keçirdi
23 iyun 2017 00:56 (UTC +04:00)

KXDR qitələrarası raket mühərrikini sınaqdan keçirdi

Şimali Koreya (KXDR) qitələrarası ballistik raket üçün yeni mühərriki sınaqdan keçirib. APA-nın  verdiyi xəbərə görə, bu barədə  “Fox News”a ABŞ kəşfiyyat qurumlarından bildirilib.

 

Məlumata görə, raket buraxılışı iyunun 21-də həyata keçirilib. Təfərrüatlar hələlik açıqlanmır.  

 

Cənubi Koreyanın prezidenti Mun Çje İn bundan əvvəl Şimali Koreyanın yaxın gələcəkdə ABŞ ərazisində hədəfləri vura biləcək qitələrarası ballistik raketlərin texnologiyasının mənimsəyəcəyi ilə bağlı xəbərdarlıq etmişdi.

 

Qeyd edək ki, BMT iyunun əvvəlində mütəmadi raket buraxılışları ilə bağlı Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 286

Oxşar yazılar