Kubada “Metyu” qasırğasının yaxınlaşması səbəbindən 899 mindən çox insan təxliyə edilib.
APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, evakuasiya əsasən Kamaquey, Qranma, Las-Tunas, Santyaqo-de Kuba, Olgin və Quantanamo əyalətlərində həyata keçirilib.
Məlumata görə, küləyin sürəti saatda 120 km təşkil edir, sahil zolağı boyu daşqınlar müşahidə olunur. Ölənlər və dağıntılar barədə hələlik məlumat yoxdur. Buna baxmayaraq mülki müdafiə qüvvələri yüksək hazırlıq səviyyəsinə gətirilib.