Krım parlamenti üzərində Rusiya bayrağı qaldırıldı - <span style="color:red;">YENİLƏNİB
27 fevral 2014 10:33 (UTC +04:00)

Krım parlamenti üzərində Rusiya bayrağı qaldırıldı - YENİLƏNİB

Ukraynada Krım Parlamenti və Nazirlər Şurasının binası fərqləndirici nişanları olmayan uniformalı silahlı şəxslər tərəfindən ələ keçirilib. Lent.az-ın məlumatına görə, bu barədə qeyri-rəsmi Krım-Tatar Parlamenti sayılan Məclisin rəhbəri Refat Çubarov “Facebook” səhifəsində yazıb.

 

Çubarov bildirib ki, silahlılar hələlik heç bir tələb irəli sürməyiblər. “BSNews” isə Krım Nazirlər Şurasının binası üzərində Rusiya bayrağının qaldırıldığını xəbər verir. “Jurnalist Araşdırmaları Mərkəzi” Rusiya bayrağının Krım parlamenti üzərində də qaldırıldığını bildirir. Mənbə qeyd edir ki, hökumət binasını ələ keçirərkən, uniformalılar postdakı milisləri tərksilah ediblər.

 

Bu arada Sevastopol şəhərinin mərkəzi də hüquq-mühafizə orqanları tərəfindən bağlanılıb. Ora nə piyadalar, nə də maşınlar buraxılır.

 

Qeyd edək ki, fevralın 26-da Krım parlamentində Ukraynadakı vəziyyətin müzakirəsi məqsədilə növbədənkənar sessiya keçirilməli idi. Lakin iclas yetərsayın olmaması səbəbindən baş tutmayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2785
avatar

Oxşar yazılar