Kraliça "Brexit"i təsdiqlədi
16 mart 2017 16:16 (UTC +04:00)

Kraliça "Brexit"i təsdiqlədi

Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsini nəzərdə tutan qanun qüvvəyə minib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Böyük Britaniya kraliçası II Yelizaveta qanun layihəsini təsdiqləyib. Kraliçanın qərarından sonra baş nazir Tereza Mey Aİ-dən çıxmağı nəzərdə tutan Lissabon müqaviləsinin 50-ci maddəsini işə sala bilər.

 

Hələlik hökumət "Brexit" prosedurasının işə salınma tarixi və detalları barədə məlumat vermir. Yerli KİV bildirir ki, baş nazir Hollandiyadakı seçkilərin yekun nəticələrini və bu həftə sonu Şotlandiya Milli Partiyasının konfransının nəticələrini gözləyəcək. “Brexit”in martın 27-də işə salınacağı güman edilir.

 

London ilə Brüssel arasında danışıqlar 2 il davam edəcək. Bu isə o deməkdir ki, Böyük Britaniya Aİ-dən 2019-cu ilin yazında çıxa biləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 135
avatar

APA Baycan

Oxşar yazılar