Konqonun şərqində silahlılar azı 25 dinc sakini qətlə yetiriblər. APA-nın xəbərinə görə, bu barədə “Frans Press” məlumat yayıb. İnsident Şimali Kivu vilayətinin Kayqala kəndi ərazisində baş verib. “May-May Mazembe” qruplaşmasının üzvləri olduğu bildirilən şəxslər qurbanlarının əksəriyyətinin başını kəsib.
Ölənlərin hamısı “Xuntu” tayfasının üzvləri olub.
Hücumun səbəbləri araşdırılır.