Kolumbiyada məktəbin yanında neft borusu partladıldı
13 noyabr 2016 03:50 (UTC +04:00)

Kolumbiyada məktəbin yanında neft borusu partladıldı

Kolumbiyada “Milli Azadlıq Ordusu”ndan olan üsyançılar Narinyo departamentində Transand neft borusunu partladıblar. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partlayış Rikaurte şəhərciyində, orta məktəbdən 100 metr aralıdan keçən meft borusunda törədilib.   

 

Xəsarət alanlar barədə məlumat yoxdur.

 

Partlayış nəticəsində neft əraziyə axaraq, Quis çayının məcrasınadək çatıb.

 

“Ecopetrol” dövlət neft şirkətinin əməkdaşları çirklənmənin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirirlər.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 265
avatar

Oxşar yazılar