Ukraynanın paytaxtı Kiyevdə mərkəzi dəmiryol vağzalındakı bütün sərnişinlər təxliyə edilir.
APA-nın "Ukrinform" agentliyinə istinadən verdiyi xəbərə görə, ilkin məlumata əsasən, evakuasiya vağzalda şübhəli yükün aşkar edilməsi ilə əlaqədar keçirilir.
Dəmiryol vağzalına giriş və çıxış bağlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanları, yanğınsöndürən və tibb briqadaları cəlb edilib.
Qeyd edək ki, iyulun 20-də tanınmış jurnalist Pavel Şeremet Kiyevdə avtomobilinin partladılması nəticəsində ölüb.