Kiyevdə azərbaycanlı jurnalist döyülüb - <span style="color:red;">FOTO  - <span style="color:red;">YENİLƏNİB
19 fevral 2014 18:50 (UTC +04:00)

Kiyevdə azərbaycanlı jurnalist döyülüb - FOTO - YENİLƏNİB

Ukraynada baş verən qarşıdurmalarda azərbaycanlı jurnalist döyülüb.


 

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən TağıyevAPA-ya bildirib ki, hadisə fevralın 18-dən 19-a keçən gecə baş verib. Ukrayna Ali Radasının qarşısında baş verən qarşıdurmalarda bu ölkənin “5-ci kanal”ının jurnalisti, Ukrayna vətəndaşı Azad Səfərov xüsusi təyinatlılar tərəfindən döyülüb və ağır xəsarət alıb.

 

A. Səfərov APA-ya faktı təsdiqləyib. O bildirib ki, toqquşmada kanalın operatoru da döyülüb: “Hadisə zamanı mənim sağ əlim sınıb və üzümdən xəsarət almışam. Mənim operatorumun isə kamerası sındırılıb və ona xəsarət yetirilib. Xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra evə buraxılmışam. Hazırda evdəyəm, özümü yaxşı hiss edirəm”.  

 

# 1578
avatar

Oxşar yazılar