Kilsənin qarşısında partlayış: 12 yaralı
24 dekabr 2016 21:49 (UTC +04:00)

Kilsənin qarşısında partlayış: 12 yaralı

0

Filippində katolik kilsəsinin qarşısında baş vermiş partlayış nəticəsində 12 nəfər yaralanıb.   

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Mindanao adasında yerləşən Midsayap şəhərində baş verib. Partlayış nəticəsində 11 dindar və 1 polis əməkdaşı xəsarət alıb.  

 

Yaralananlardan birinin vəziyyəti pisdir.

 

Polisin məlumatına görə, naməlum şəxslər kustar üsulla hazırlanmış partlayıcı qurğudan istifadə ediblər.  Partlayış polis maşınını yararsız hala salıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 470

Oxşar yazılar