Kerri “Qadınlar marşı”na qatıldı
22 yanvar 2017 06:21 (UTC +04:00)

Kerri “Qadınlar marşı”na qatıldı

0

Yanvarın 20-də inauqurasiya mərasimində iştirak etməyən ABŞ-ın sabiq dövlət katibi Con Kerri  Vaşinqtonda prezident Donald Trampa qarşı “Qadınlar marşı”na qatılıb.

 

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, Kerri aksiyaya Ben adlı iti ilə gəlib. Sabiq dövlət katibi etirazçıları salamlayıb və onlardan bir neçəsinin əlini sıxaraq təşəkkür edib. Məlumata görə, eirazçılardan bəziləri Kerrini “hərbi cinayətkar” adlandırıb.   

 

Aksiyada tanınmışlardan Madonna, Skarlet Yoxanson, Şer və digər şəxslər iştirak edib.

 

Bundan əvvəl Trampın seçkilərdəki rəqibi Hillari Klinton “Qadınlar marşını” dəstəkləyib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 497

Oxşar yazılar