BBC-nin Ermənistan versiyasının əməkdaşı Mark Qriqoryan ermənilər tərəfindən işğal edilmiş Kəlbəcər rayonu, Xudavəng ( Dadivank) kəndindən fotoreportaj hazırlayıb.
Lent.az-ın bbc.ru-a istinadən məlumatına görə, Xudavəng kəndində cəmi 27 ev var və burda yaşayanlar 90-ci illərin əvvəllərində başlayan Dağlıq Qarabağ müharibəsinə görə Azərbaycanın bəzi rayon və şəhərlərindən qaçqın düşən ermənilərdir. Onlar əsasən Bakı, Sumqayıt, Gəncə, İsmayıllı və Goranboydan qaçqın düşərək burda məskunlaşıblar.
Kənd sakinləri Ermənistan və Azərbaycan dövlət başçıları arasında torpaqların geri qaytarılması ilə bağlı qərar qəbul edilərsə, yenidən qaçqın düşməkdən qorxurlar.
Fotoreportajın sonunda isə maraqlı bir qeyd var : “ Buranın təbiəti çox gözəldir. Amma insanların həyatında çatışmayan yeganə şey sülh və hüzurdur”.