Hindistanın Mumbay şəhərində kanalizasiya sisteminə girən timsah çətinliklə azad edilib.
Lent.az-ın “qafqazinfo”ya istinadən xəbərinə görə, 130 santimetr uzunluğu, 8 kiloqram çəkisi olan timsahı xilas etmək üçün nasoslarla kanalizasiyadakı suyun səviyyəsi aşağı salınıb və bütün çıxışlar tutulub.
15 nəfərdən ibarət xilasedici qrup 7 saatlıq çalışmadan sonra timsahı xilas etməyi bacarıblar və yenidən çaya buraxıblar.
Timsahın Musson yağışlarının yaratdığı sellərdə kanalizasiyaya sürükləndiyi ehtimal edilir.