İtaliya hökuməti avqustun 24-də baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması üçün ümumilikdə 4,5 mlrd. avro ayıracaq.
“Fərdi binaların bərpa olunmasına 3,5 mlrd. avro, dövlət müəssisələrinin binalarının bərpasına isə 1 mlrd. avro ayrılacaq”, - deyə mətbuat konfransında Nazirlər Kabineti Dəftərxanasının nazir müavini Klaudio de Vinçetti bildirib.
İlk tranşın həcmi 300 mln. avro təşkil edəcək.
Qeyd edək ki, avqustun 24-nə keçən gecə 6 bal gücündə baş vermiş zəlzələ nəticəsində 298 nəfər ölüb, yüzlərlə insan xəsarət alıb, üç mindən çox sakin evsiz qalıb.