İtaliyanın cənubunda 4,1 bal gücündə zəlzələ baş verib.
APA-nın xəbərinə görə, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.
Yerli vaxtla saat 01:31-də qeydə alınan yeraltı təkanların episentri Brindizi şəhərindən 28 km şimal-qərbdə, ocağı isə 25 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.