Yunanların Palepolis adlandırdıqları və 25 əsr bundan əvvələ aid edilən Neapol limanı İtaliyanın məşhur “Kastel-del-Ovo” qəsri yaxınlığında aşkarlanıb. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, neapollu arxeoloq Mario Neqrinin məlumatına görə, arxeoloqlar qəsrin sağ küncünün altı metr dərinliyində su altında qalmış dörd tunel, təkər izləri və əsgərlər üçün səngər tapıblar.
“Bu tapıntı burada bir zamanlar mövcud olmuş şəhərin planını daha yaxşı vəziyyətə gətirməyə imkan verəcək”, – deyə Mario Neqri qeyd edib.