Bu gün İtaliyanın mərkəzində baş verən zəlzələ nəticəsində onlarla insan yaralanıb, ölənlər yoxdur.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Vətəndaşların Müdafiəsi Departamentinin rəhbəri Fabritsio Kurço bildirib.
F. Kurço deyib ki, yaralılardan birinin durumu ağırdır.
Qeyd edək ki zəlzələnin ocağı Norça şəhəri yaxınlığında olub.
12:35
Bu gün saat 10.41 radələrində İtaliyanın mərkəzində güclü zəlzələolub.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, RAI TV zəlzələnin maqnitudasının 7.1 olduğu barədə məlumat yayıb.
Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında zəlzələnin ocağının 10 km dərinlikdə, zəlzələnin gücünün 6,6 maqnitudalı olduğu qeyd edilib.
Dağıntı və tələfat barədə məlumat verilmir.