Fevralın 27-də İtaliya parlamenti Fələstin dövlətinin tanınması haqqında qərar qəbul edib.
Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, 300 deputat qərarın lehinə, 45 nəfər əleyhinə səs verib.
Qərar layihəsini parlamentə hakim Demokrat Partiyası təqdim edib. Avropanın bir sıra ekspertləri bildirirlər ki, bu, İtaliya-İsrail münasibətlərinə mənfi təsir edə bilər.
Avropa ölkələrindən Fələstini dövlət kimi ilk tanıyan ölkə İsveç olub.
2012-ci ildə isə BMT Baş Assambleyası Fələstinin dövlət olduğunu rəsmiləşdirib.
Bundan sonra Fransa, İspaniya, Böyük Britaniya və İrlandiya Fələstini müstəqil dövlət kimi tanıyıb.