İstanbulda qadın mübahisə etdiyi ərini güllələyib.
Lent.az-ın “musavat.com”a istinadən məlumatına görə, hadisə Pendik rayonunun Fevzi Çakmak məhəlləsindəki bir evdə baş verib. Belə ki, qadınla əri arasında mübahisə yaranıb. Mübahisə qısa müddətdə davaya çevrilib. Bu zaman B.F. ad-soyadlı qadın tüfəngi götürərək ərinə atəş açıb. Kişi elə hadisə yerindəcə ölüb. Qadın polis tərəfindən saxlanılıb.
Cütlüyün 5 uşağının olduğu, son vaxtlar müntəzəm dava etdikləri bildirilir.